Bir daha xatırladaq ki, Ukrayna dəfələrlə ABŞ-dan “F-16” tələb etsə də, rədd cavabı alıb. Doğrudur, Hollandiya, Danimarka və Belçika artıq döyüş təyyarələrini Ukrayna ilə bölüşməyə hazır olduqlarını bildirsələr də, amma ABŞ təyyarənin baha olması səbəbindən onlara ukraynalı pilotların hazırlanmasına icazə vermir.
Qeyd edək ki, ABŞ-ın icazəsi olmadan Avropa ölkələri Ukrayna hərbçilərini “texniki dillə” tanış edə və taktiki dərslər keçirə bilərlər.
Vaşinqton isə diqqətini digər silahların tədarükünə yönəltmək istəyir. Belə ki, ABŞ-ın Ukraynaya tədarük üçün hələ də başqa ölkələrə icazə verəcəyini də istisna etməyib.
Yeri gəlmişkən, yuxarıda Avropa ölkələrinin öz döyüş təyyarələrinin Ukrayna ilə bölüşməyə hazır olduqları barədə demişdik. Qeyd edək ki, Hollandiya, Danimarka və Belçika ümumilikdə Ukraynanı 125 döyüş təyyarəsi ilə təchiz edə bilərlər.
Bəli, ABŞ Müdafiə Nazirliyi Avropa ölkələrindəki “F-16”-ların Kiyevə verilməsinin əleyhinə olmasa da, lakin hələlik yekun qərar verilməyib.
SİA Kiyevə istinadən, Ukraynanın Rusiya ilə havada qarşıdurma yaratmaq üçün 180-ə yaxın müasir qırıcı təyyarəyə ehtiyacı olduğunu bildirir.
Bu arada “New York Times”-ın yazdığına görə, məhz buna görə də Ukrayna israrla bunu tələb edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB