Türkiyə Amerika Birləşmiş Ştatlarına sərt reaksiya verdi

"ŞKTR ilə dəfələrlə vurğuladığımız kimi, Kipr adasında daimi və davamlı həll naminə ABŞ-ı bu siyasətini nəzərdən keçirməyə çağırırıq"
Türkiyə Amerika Birləşmiş Ştatlarına sərt reaksiya verdi

Türkiyə Amerika Birləşmiş Ştatlarının (ABŞ) raket esminesinin Limassol limanına getməsinə reaksiya verib.

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Hərbi Dəniz Donanmasına məxsus “USS Arleigh Burke” adlı idarəolunan raket esminesinin Cənubi Kiprin nəzarəti altında olan Limassol limanına səfəri ilə bağlı yazılı bəyanat verərək bildirib: “ABŞ-ın bölgədə Kipr türk tərəfinə (Qıbrız) qarşı atdığı, sabitliyi pozan addımları bu ölkənin uzun illərdir Adada saxladığı neytral mövqeyinə xələl gətirir və Kiprdə ədalətli, qalıcı və davamlı həll yoluna maneə törədir.” SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Şərqi Aralıq dənizində ABŞ-ın 6-cı Donanmasının “USS Arleigh Burke” və ABŞ sualtı gəmilərinin Cənubi Kim limanlarına səfərləri ilə Şimali Kipr Türk Respublikasının (ŞKTR) bəyanatını qəti şəkildə dəstəkləyirik.

ŞKTR ilə dəfələrlə vurğuladığımız kimi, Kipr adasında daimi və davamlı həll naminə ABŞ-ı bu siyasətini nəzərdən keçirməyə çağırırıq.

Bir daha qeyd etmək istərdik ki, Kiprdə qarant dövlət olan Türkiyə bütün şərtlər altında Qıbrız türklərinin qanuni hüquq və mənafelərini qətiyyətlə müdafiəyə davam edəcək”.

Qeyd edək ki, ŞKTR Xarici İşlər Nazirliyi ABŞ Hərbi Dəniz Donanmasına məxsus “USS Arleigh Burke” adlı idarəolunan raket esminesinin Cənubi Kiprin nəzarəti altında olan Limassol limanına gəlməsinə sərt reaksiya verib.

Bütün xəbərlər Facebook səhifəmizdə