NATO qüvvələri hər an hərbi əməliyyatlara başlaya bilər...

NATO qüvvələri hər an hərbi əməliyyatlara başlaya bilər...

Avropadakı NATO qüvvələri səfərbərlik olmadan hərbi əməliyyatlara başlaya bilər/

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç mayın 18-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyasının iclasında bildirib.

Onun sözlərinə görə, Şimali Atlantika Alyansı silahlı qüvvələrdən istifadə etməklə genişmiqyaslı rezonanslı təxribatlar üçün hər cür şərait yaradıb.

Volfoviç, “...bütün bunlar birlikdə həm Belarus, həm də Rusiyanı strateji çəkindirmə üçün yeni fəal tədbirlər görməyə məcbur edir”, -deyə bildirib.

Volfoviç, burada söhbətin Belarus ərazisindəki taktiki nüvə silahlarının yerləşdirilməsi üzrə praktiki addımlardan gtdiyini deyib.

Xatırladaq ki, bir müddət bundan əvvəl prezident Aleksandr Lukaşenko NATO-nun hərəkətlərində qlobal münaqişə təhlükəsi gördüyünü bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə