“Türkiyə xalqı yenidən Ərdoğanla irəliləməyi seçdi“ - DEPUTAT DANIŞDI

“Türkiyə xalqı yenidən Ərdoğanla irəliləməyi seçdi“ - DEPUTAT DANIŞDI

“Türkiyədə keçirilən prezident seçkisi dünyaya demokratiya dərsi oldu. Türkiyə bir daha göstərdi ki, cəmiyyət və dövlət olaraq demokratik ənənəyə sadiqdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov bildirib.

Onun sözlərinə görə, insanların səsvermə əmsalı nümunə hal kimi qeyd edilməlidir: “Rəcəb Tayyib Ərdoğan seçkilər zamanı yenidən səs çoxluğu əldə edə bildi. Türkiyə xalqı yenidən Ərdoğanla irəliləməyi seçdi. Biz bunu parlament seçkiləri zamanı da müşahidə etdik. Təəssüflər olsun ki, çox az bir fərqlə səslər qoyulmuş bariyeri keçə bilmədi. Amma buna baxmayaraq Rəcəb Tayyib Ərdoğan artıq ikinci tura hazırlıqlı gedir. Düşünürəm ki, türk xalqı bu dəfə də birliyini göstərəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə