Kılıçdaroğlu Sinan Oğanla görüşəcək

Kılıçdaroğlu Sinan Oğanla görüşəcək

Türkiyə prezident seçkilərində “Millət İttifaqı”nın namizədi, müxalif CHP partiyasının sədri Kamal Kılıçdaroğlu sabah “ATA İttifaqı”nın namizədi olmuş Sinan Oğanla görüşəcək.

SİA-nın xəbərinə görə, bu barədə “İhlas” xəbər agentliyi məlumat yayıb.

Qeyd edək ki, Sinan Oğan 14 mayda baş tutan seçkilərin birinci turunda 5,17% səs toplayıb.

Xatırladaq ki, prezident seçkilərinin II turu mayın 28-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə