İtaliyada daşqınlar 5 nəfərin həyatına son qoyub - FOTO

İtaliyada daşqınlar 5 nəfərin həyatına son qoyub - FOTO

İtaliyanın şimalında daşqınlar 5 nəfərin həyatına son qoyub. SİA xəbər verir ki, güclü yağış çaylarda suyun səviyyəsinin qalxmasına səbəb olub, nəticədə evlərin birinci mərtəbələrini su basıb.

Daşqın səbəbindən Emiliya-Romanya bölgəsində məktəblər bağlanıb, yollar su altında qalıb, hakimiyyət əhalini təxliyə edib. Ərazidə fövqəladə vəziyyət elan olunub.

Təbii fəlakət səbəbindən bölgədə keçirilməsi planlaşdırılan "Formula 1" Qran-Prisi ləğv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə