Bu arada Rusiya Federasiyasının Müdafiə Nazirliyi mayın 16-da Kiyevə hücum zamanı “Kinjal”la Ukraynaya məxsus “Patriot” kompleksinin beş buraxılış qurğusunu məhv ediyini bəyan edib.
Telegram-da Rusiya müdafiə departamentinin mətbuat xidmətinin məlumatına görə, guya çoxfunksiyalı RLS-in də vurulduğu iddia edilir.
“Etibarlı şəkildə təsdiqlənmiş məlumatlara görə, mayın 16-da Kiyev şəhərində “Kinjal” hipersəs raket kompleksinin endirdiyi zərbə nəticəsində çoxfunksiyalı radiolokasiya stansiyası vurularaq tamamilə məhv edilib. Eləcə də ABŞ istehsalı olan 5 ədəd “Patriot” zenit-raket kompleksi də tərəfimizdən sıradan çlxarılıb”.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Rusiya Müdafiə Nazirliyi yayıb.
...Amma Ukrayna saytları rəsmi mənbələrinə istinadən başqa şey yazırlar. Məsələn, onların yazdığına görə, Rusiyanın Kiyevə kütləvi hücumu zamanı 6 “Kinjal” raketi bir anda vurulduqdan sonra, Rusiya guya Ukraynadakı “Patriot” kompleksini məhv etdiyini bəyan edib.
O da maraqlıdır ki, Ukrayna tərəfi Kremlin bəyanatını şərh etməyib, ABŞ-da isə bu məlumat təsdiqini tapmayıb.
Daha sonra CNN rus qoşunlarının “Kinjal” hücumu zamanı “Patriot” sistemini məhv etmədiklərini bildirib.
Bununla belə, kompleksin zədələnə bilməsi də istisna edilmir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB