Azərbaycanın keçmiş mədəniyyət naziri Anar Kərimov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun rəhbəri təyin edilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumat təşkilatın rəsmi saytında yerləşdirilib.
Məlumatda qeyd olunub ki, A.Kərimov təşkilata üzv dövlətlərdəki müxtəlif qurumlarla, eləcə də beynəlxalq təşkilatlar və orqanlarla tərəfdaşlıq əlaqələrini genişləndirmək, onun bütün dünyada yayılmasına töhfə vermək və təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində proqramları dəstəkləmək üçün lazımi maliyyə resurslarını səfərbər etmək funksiyalarını yerinə yetirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB