Novosibirsk şəhərinin Leninski rayon məhkəməsi dəmir yolunda “təxribat” işi üzrə 3 məktəblini həbs edib. Məhkəmənin mətbuat xidməti xəbər verir ki, onlar iki ay müddətinə istintaq təcridxanasına göndərilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, məktəbliləri 20 ilə qədər həbs gözləyir. Həbs olunanlardan birinin - Veselovun adı istisna olmaqla, saxlanılanlar barədə təfərrüatlar yoxdur.
Qeyd edək ki, məktəblilər Qərbi Sibir Dəmiryolunun Novosibirskdə Seyatel - Berdsk dəmir yolu hissəsində relay kabinetlərinin yandırılması üzrə şübhəli bilinirlər.
Onu da qeyd edək ki, aprelin 23-nə keçən gecə baş verən yanğın, “İnskaya” stansiyasının əməkdaşları tərəfindən söndürülüb və qatarların hərəkəti fasiləsiz davam edib.
Yeri gəlmişkən, 2022-ci ilin payızının əvvəlindən Rusiyada ən azı 66 nəfər dəmir yollarında təxribat törətməkdə ittiham olunaraq saxlanılıb. Təxribata görə cəzaları sərtləşdirən qanunun qəbulundan sonra 2023-cü ilin əvvəlindən bəri ən çox həbslər qeydə alınıb. İstintaq edilən işlərin dörddə üçü relay kabinetinin yandırılması ilə bağlıdır. Xatırladaq ki, kabinetdə qatarların hərəkətini tənzimləmək üçün avadanlıq var.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB