Türkiyədə gənc əhali nisbəti və Avropa İttifaqı

Türkiyə Statistika İdarəsinin hesablamalarına görə...
Türkiyədə gənc əhali nisbəti və Avropa İttifaqı

Türkiyə Statistika İdarəsinin hesablamalarına görə, 2022-ci ildə ölkə üzrə 15-24 yaş arasında gənclərin sayı 12 milyon 949 min 817 nəfər təşkil edib. SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu da ümumi əhalinin 15,2 faizinə bərabərdir.

Qeyd olunan yaş qrupunun 51,2 faizi gənc kişilərdən, 48,8 faizi isə gənc qadınlardan ibarətdir. Ümumi əhali sayında gənclərin xüsusi çəkisinin azalaraq 2030-cu ildə 14 faiz, 2040-cı ildə 13,4 faiz, 2060-cı ildə 11,8 faiz olacağı proqnozlaşdırılır.

Türkiyədə gənc əhali nisbəti Avropa İttifaqının 27 ölkəsi ilə müqayisədə daha yüksəkdir. Aİ ölkələrində ötən il gənclərin sayı ümumi əhali nisbətində orta hesabla 10,5 faiz təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə