Rusiyada Türkiyəyə tətil paketi satışları artıb

Rusiyada Türkiyəyə tətil paketi satışları artıb

Rusiya Turizm Sənayesi Dərnəyindən verilən açıqlamada rus turistlərin Türkiyədə tətil tələbinin may ayında gözləntilərin aşağısında qaldığı bildirilib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Tətil bölgələrində qiymətlərin yenidən rus turistlər üçün cazibədar səviyyələrə çatdığına dair qiymətləndirmənin yer aldığı açıqlamada "Artıq rus turistlər üçün Türkiyə tətil paketi satışları artdı" deyilib.

Sektor əsmiləri də Türkiyəyə tətil paketi satışlarının artmağa başladığını və may ayının sonundan etibarən sürətin daha da artacağını bildirib.

Qeyd edək ki, keçən il Rusiyadan Türkiyəyə 5 milyon 200 mindən çox turist gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə