NATO-nun ehtiyatsız genişlənməsi Avropanın təhlükəsizliyi ilə bağlı gələcək normal söhbətin perspektivini sarsıdır.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 17-də belaruslu həmkarı Sergey Aleyniklə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
Üstəlik, Lavrov qeyd edib ki, söhbət Şimali Atlantika Alyansının təkcə şərqə deyil, həm də şimala və digər coğrafi istiqamətlərə genişlənməsindən gedir.
“NATO-nun demək olar ki, bütün neytral dövlətləri ələ keçirməsi və bu prosesin təəssüf ki, öz gözlərimizlə şahidi oluruq ki, qitədə bitərəflərin fəal rolu ilə konstruktiv siyasət aparmaq imkanı əslində yox olur. Bu, kədərlidir”.
Qeyd edək ki, TASS bunu Rusiya XİN rəhbərinə istinadən bildirib.
Xatırladaq ki, aprel ayında Finlandiya rəsmi olaraq NATO-ya üzv olub. Yeri gəlmişkən, Pentaqon alyansın iyulda keçiriləcək sammitinə qədər İsveçin NATO üzvü olacağına da ümid edir.
Maraqlıdır, buna görə, kim günahkardır? Axı, Ukraynada “xüsusi hərbi əməliyyat"ın başlamasından əvvəl nə Finlandiyanın, nə də İsveçin NATO-ya üzv olmaq fikirləri yox idi axı...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB