İtaliyanın şimalında yağışlar səbəbindən güclü daşqınlar baş verib. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, daşqın nəticəsində azı səkkiz nəfər ölüb və xeyli syda insan itkin düşüb. Bundan əlavə bir neçə min insannın evlərini tərk edib təxliyə edilməli olduğu da deyilir.
Verilən məlumatlara görə, ən çox Bolonya və Modena kimi şəhərlərin yerləşdiyi Emiliya-Romanya bölgəsi zərər çəkib. Mülki müdafiə naziri Nello Muzumeçinin sözlərinə görə, bəzi ərazilərdə yarımillik yağıntı 36 saat ərzində düşüb.
21 çay məcrasından çıxıb. Qeyd edək ki, yerli hakimiyyət yaxın günlərdə güclü yağışların təkrarlana biləcəyi barədə xəbərdarlıq edir.
Xatırladaq ki, bazar günü, mayın 21-də Emiliya-Romanyanın İmola şəhərində Formula 1 regional Qran Prisi üçün avtoyürüş keçirilməli idi.
Qran Pri iştirakçıların və tamaşaçıların təhlükəsizliyini təmin etmək mümkün olmadığı üçün ləğv edilib.
Onu da qeyd edək ki, yağışlar şiddətli quraqlığın ardınca yağıb deyə, bu, da onun dağıdıcılığını artırıb. Çünki qurudulmuş torpaq suyu udmağı dayandırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB