Ruslar Zaporojyedə hava hücumundan müdafiə vasitələrini itiriblər...
Ukrayna mətbuatı, Ukrayna Silahlı Qüvvələri artilleriyasının mayın 17-də Zaporojye vilayətindəki rus ordusunu darmadağın etdiyini yazır. SİA bu barədə Ukrayna saytlarına istinad edir.
Ukrayna tərəfi artilleriya atəşindən sonra rusların öz cəsədlərini toplamağa belə imkanları olmadığını bildirib.
RİA-Melitopol Telegram-da kəşfiyyatçıların məlumatlarına istinadən xəbər verir ki, “...bu gün onlar uşaq bağçasının yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin artilleriyası tərəfindən kifayət qədər parçalanıblar. İlkin məlumatlara görə, artilleriya atəşindən sonra oralar hələ də yanır və alovlanır”.
Ukraynalı jurnalistlər rusların elektron döyüş sistemi və hava hücumundan müdafiə sisteminin məhv edildiyini deyirlər. “Rusiya bölməsinin əksəriyyəti artıq qara torpaqda qurdları bəsləyir”.
Bunu da Ukrayna saytları yazır.
... Rusiyanın mayın 17-nə olan ümumi itkiləri artıq 200 590 nəfərə çatıb. Bundan başqa, ruslar Ukraynada artıq 318 hava hücumundan müdafiə sistemini də itiriblər.
Qeyd edilir ki, Ukraynanın planlaşdırılan əks-hücum əməliyyatı barədə məlumat fonunda ruslar müvəqqəti işğal olunmuş bir sıra yaşayış məntəqələrindən “evakuasiya” həyata keçirmək qərarına gəliblər.
Bunla yanaşı, ələ keçirilən Zaporojye atom elektrik stansiyasının ərazisində rus hərbçilərinin sayının artırıldığı deyilir. Belə ki, ukraynalıların təxmini hesablamalarına görə hazırda orada 2500-dən artıq rus hərbçisi var.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB