CAE prezidenti Kiyevə səfər etmək istədiyini açıqlayıb

CAE prezidenti Kiyevə səfər etmək istədiyini açıqlayıb

Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa Ukraynaya səfər etmək istədiyini bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov faktı təsdiqləyib.

O bildirib ki, Ramafosa bir neçə Afrika ölkəsindən missiya çərçivəsində Kiyevə gəlmək istədiyini açıqlayıb.

"CAR prezidenti Siril Ramafosa mayın 13-də telefon danışığı zamanı həqiqətən də Volodimir Zelenskiyə bir neçə ölkədən missiya çərçivəsində Ukraynaya gəlmək niyyəti barədə məlumat verib", - Nikiforov bildirib.

Bundan əvvəl Afrikanın Ukrayna ilə bağlı “sülh planını” hazırladığı bildirilirdi. Ramafosa həmçinin bildirib ki, plan ABŞ və Böyük Britaniya da daxil olmaqla Qərb ölkələrindən “ehtiyatlı dəstək” alıb

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə