Beynəlxalq Amnistiya Təşkilatı 2022-ci ildə dünya üzrə qeydə alınan ölüm hökmlərinin son beş ildə rekorda imza atdığını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, təşkilat illik hesabatında 20 ölkədə ümumilikdə 883 nəfərin həlak olduğunu bildirib. Bu isə 2021-ci illə müqayisədə 53 faiz artım deməkdir. Hesabata görə, edam cəzalarının 90 faizi İran, Səudiyyə Ərəbistanı və Misirdə həyata keçirilib.
Hesabatda 2021-ci ildə İranda 314 edam icra edildiyi halda, 2022-ci ildə bu rəqəm 576-ya yüksəlib, Səudiyyə Ərəbistanında isə eyni illərdə 3 dəfə artaraq 65-dən 196-ya, Misirdə isə 24 nəfər edam edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB