ABŞ rusları casusluğa dəvət etdi

ABŞ rusları casusluğa dəvət etdi

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyada vətəndaşları casusluğa cəlb etmək üçün video yayımlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi davam edərkən ABŞ rus vətəndaşlarına qəribə çağırış edib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi sosial media hesablarında yayımlanan video ilə gündəlik həyatları ilə bağlı məlumatları paylaşacaqları təqdirdə Rusiyada işə götürəcəklərini açıqlayıb.

Mərkəzi Kəşfiyyat İdarəsi rəsmiləri tərəfindən rusların ABŞ-a lazım olan məlumatı verəcəyi bildirilərkən, yayımlanan videoda pis məqsəd olmadığı və Rusiya prezidenti Vladimir Putini hədəf almadığı qeyd edilib. Videoda bildirilib ki, verdikləri məlumat müqabilində onlar qorunacaq, şəxsiyyətləri məxfi saxlanılacaq və təhlükəsizlikləri təmin ediləcək.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə