Fişəng fabrikində partlayış baş verib

Fişəng fabrikində partlayış baş verib

Çərşənbə axşamı Hindistanda pirotexnika fabrikində baş verən partlayış nəticəsində azı 9 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, insident ölkənin şərqindəki Qərbi Benqal ştatının Purba Medinipur rayonunda baş verib.

Verilən məlumata görə, partlayışdan yaranan şok dalğası o qədər güclü olub ki, fabrikin yerləşdiyi bina uçub.

Maraqlıdır ki, yeraltı yararsız bir yerdə fəaliyyət göstərib fişəng və atəşfəşanlıq ləvazımatları istehsal edən fabrikin lazımi lisenziyası belə olmayıb.

Hazırda Polis hadisənin başvermə şəraitini araşdırır. Dövlət rəsmiləri vətəndaşlardan qeyri-qanuni fişəng fabrikləri barədə məlumat vermələrini xahiş edib və bununla bağlı qətiyyətlə tədbir görüləcəklərini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə