Sonra da Çinin Rusiya ilə “yaxınlaşmasından” gileylənirlər

Sonra da Çinin Rusiya ilə “yaxınlaşmasından” gileylənirlər

Birləşmiş Ştatlar tezliklə Tayvana əlavə təhlükəsizlik yardımı göstərəcək.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

ABŞ müdafiə departamentinin rəhbəri qeyd edib ki, adaya əlavə müdafiə yardımı ilə bağlı belə bir qərar Konqresin keçən il razılaşdığı qoşunların çıxarılması üzrə prezidentin səlahiyyətinə uyğun olaraq veriləcək.

Qeyd edək ki, bir müddət bundan əvvəl Pentaqon Tayvana yardımın təfərrüat və konkret vaxtını deməkdən imtina etmişdi.

Yeri gəlmişkən, yenə də bir müddət bundan əvvəl Tayvan hakimiyyəti ABŞ-la 500 milyon dollar dəyərində pulsuz silah göndərilməsini müzakirə etdiklərini bildirmişdi. Belə ki, adanın müdafiə departamentinin rəhbəri Qiu Quozhenq, Birləşmiş Ştatların Tayvana pulsuz əlavə silah göndərmək istədiyini bəyan etmişdi.

...Sonra da Çinin Rusiya ilə “yaxınlaşmasından” gileylənirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə