Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan əmin edib ki, mayın 28-də ikinci turu keçiriləcək respublika başçısı seçkilərindən sonra ölkəsinin Rusiyaya qarşı siyasəti dəyişməz qalacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə TASS CNN Türk telekanalına istinadən xəbər verir. “Seçkilərə qədər apardığımız siyasəti davam etdirəcəyik. Biz təmasda olduğumuz Rusiya, ABŞ, Çin və Qərbə münasibətdə bunu dəyişmək fikrində deyilik. Eyni ruhda davam edəcəyik”, - deyə Ərdoğan bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB