Ruslar ABŞ-ın Ukraynaya verdiyi “Patriot”u məhv etdiklərini deyirlər...
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi, Birləşmiş Ştatların Rusiyanın ötən gecə raket hücumu zamanı Ukraynaya verilən “Patriot” zenit-raket kompleksinin zədələnməsi barədə xəbərləri təsdiqləməyib.
SİA-nın əldə etdiyi məlumata görə, Kirbi bu barədə çərşənbə axşamı jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“Ukraynada “Patriot” sisteminin vurulması xəbərini təsdiqləyə bilmirəm”-deyən Kirbi, ABŞ “Patriot” sisteminin zədələnəcəyi təqdirdə və onu Ukraynadan kənarda təmir edəcəklərini bildirib.
Xatırladaq ki, mayın 16-na keçən gecə Rusiya yenidən Ukraynaya raketlərlə hücum edib. Belə ki, Rusiyaya məxsus 6 Kh-47 Kinjal raketləri Kiyev istiqamətində atılıb. Onlar Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
Daha sonra Rusiya Müdafiə Nazirliyi Kiyevdə “Patriot” hava hücumundan müdafiə sistemini “Kinjal hipersəs raket kompleksinin yüksək dəqiqlikli zərbəsi” ilə vurduğunu bəyan edib.
Qeyd edək ki, Ukrayna tərəfi Moskvanın bu bəyanatlarını şərh etməyib.
Bu arada CNN mənbələrə istinadən Rusiya Müdafiə Nazirliyinin açıqlamalarına baxmayaraq, mayın 16-na keçən gecə atdığı raketlərin “Patriot” raket əleyhinə müdafiə sistemini məhv edə bilmədiyini bildirib.
Yeri gəlmişkən, Ukrayna bu məlumatı da şərh etməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB