Beləliklə, Rusiya Dövlət Duması ötən gün Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin denonsasiyası haqqında qanun qəbul edib. Belə ki, qərar yekdilliklə qəbul edilib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə mayın 16-da Rusiya parlamentinin spikeri Vyaçeslav Volodin öz Teleqramında məlumat verib.
Rusiya Dövlət Duması sədrinin dediyinə görə, qərar Rusiya vətəndaşlarının maraqlarına uyğun qəbul edilib.
Volodinin fikrincə, birqütblü dünya qurmaq ideyasına aludə olan Vaşinqton və Brüssel qlobal təhlükəsizlik sistemini məhv etmək üçün mümkün və mümkün olmayan hər şeyi etdilər və etməkdə davam edirlər.
Volodinin fikrincə, NATO-nun guya müdafiə məqsədi ilə yaradıldığına dair deyilənləri sırf yalandır.
Əslində alyans qoyun dərisi geymiş canavar imiş. O, ancaq hücum edib irəliləməklə məşğuldur. Alyans insanlara əzab verməklə bir çox dövlətləri məhv edib. Məsələn buna misal kimi, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriyanı göstətə bilərik.
Və bu gün “əməlindən qalmayan” Vaşinqton Şimali Atlantika Alyansından istifadə edərək “Kiyevin terrorçu rejiminə” hər cür silah verir, bununla da dünyadakı sabitliyi pozmaqda davam edir. Bununla yanaşı, hegemonluğunu qorumağa çalışaraq, qlobal fəlakətə səbəb olur.
Bunu deyən Volodin, Rusiya parlamentinin Rusiya vətəndaşlarının maraqlarından çıxış edərək, eləcə də Rusiyanın təhlükəsizliyini təmin etmək üçün Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləni denonsasiya etmək qərarına gəldiyini deyib.
Xatırladaq ki, Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin denonsasiyası haqqında qanun layihəsini Rusiya prezidenti Vladimir Putin mayın 10-da təqdim edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB