ABŞ niyə Ukraynaya “F-16” qırıcı-bombardmançıları vermir?

ABŞ niyə Ukraynaya “F-16” qırıcı-bombardmançıları vermir?

Bu arada Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi, Birləşmiş Ştatların hələ də Ukraynaya “F-16” qırıcı-bombardmançıları tədarük etmək niyyətində olmadığını bildirib. Maraqlıdır, niyə?

Deməli, rusiyalı hərbi ekspert Yuri Knutov, dünən rusların guya Böyük Britaniyanın Ukraynaya verdiyi “Storm Shadow”lardan birini vurduqlarını deyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, söhbət əsnsında qırıcı mövqeyinə toxunan rusiyalı hərbi ekspert, bu gün Ukraynaya iki yüzə yaxın təyyarə lazım olduğunu bildirib. Knutovun fikirincə, iki yüz layiqli rəqəmdir.

...Amma belə xidmətə yararlı iki yüz təyyarə tapmaq demək olar ki, mümkün deyil- deyən Knutov, döyüş xüsusiyyətlərinə görə, “F-16”-ları “MiQ-29”-a yaxın olduğunu, buna görə də Ukraynanın bu təyyarələr üçün ABŞ-a minnətçi düşdüyünü deyir.

Rusiyalı hərbi ekspertə görə, ABŞ bir səbəbdən “F-16”-ları Ukraynaya göndərməkdə maraqlı deyil.

Belə ki, bir vaxtlar, dəqiqi 70-80-ci illərin əvvəllərində “F-16”-lar Yaxın Şərqdə üçüncü nəsil sovet təyyarələrinə qarşı kifayət qədər uğurla döyüşüblər. Onlar hətta bir sıra qələbələr də qazanıblar. Qeyd edək ki, həmin ərəfədə “F-16”-lara “MiQ qatilləri” ləqəbi də verilibmiş.

Knutov belə düşünür ki, amerikalılar “F-16”-ların bu imicini qorumaq üçün onları Ukraynaya vermirlər.

...Çünki, yenə də Knutova görə, əgər amerikalılar “F-16”-ları Ukraynaya versələr, bu halda bu təyyarələr bizim, yəni rusların “MiQ-35”-larına məğlub olacaqlar.

…Guya Ağ Ev də bunu yaxşı bilir. Buna görə də amerikalılar “F-16”-ların xüsusi hərbi əməliyyat zonasına düşməməsi üçün hər şeyi edirlər. Qeyd edək ki, Knutov buna əminlik bildirir.

Yeri gəlmişkən, bu gün Ukraynaya döyüş təyyarələrinin əsas tədarükçüləri Böyük Britaniya və Hollandiyadır. Ekspert edir yaxın vaxtlarda digər ölkələrin də onlara qoşulacağını istisna etmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə