Ukraynada ölüm nisbətinə görə Tuva və Buryatiya liderdir

Ukraynada ölüm nisbətinə görə Tuva və Buryatiya liderdir

2022-ci ildə Ukraynada 19-49 yaş arası kişi əhali arasında ən yüksək ölüm nisbətini Tuva, Buryatiya və Altay Respublikası göstərib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Tuvada orta illik kişi əhalisindən ölüm nisbəti 0,208 faiz, Buryatiyada - 0,196 faiz, Altay Respublikasında - 0,128 faiz təşkil edib. Bundan əlavə, ölüm nisbətinin ən yüksək olduğu ilk onluğa Maqadan vilayəti, Trans-Baykal diyarı, Şimali Osetiya, Pskov vilayəti, Nenets Muxtar Dairəsi, Saxalin vilayəti və Yəhudi Muxtar Vilayəti daxildir.

Qeyd edək ki, Tuva və Altay Respublikası ən aşağı sosial-iqtisadi inkişafa malik Rusiya regionlarının ilk beşliyinə daxildir.

Rusların verdiyi məlumata görə, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri ən azı 22 min 644 rus əsgəri həlak olub, onların demək olar ki, yarısı - 10 min 230 nəfər 2022-ci il dekabrın 1-dən, yəni Rusiya ordusunun döyüşdüyü dövrdə həlak olub.

Sibir və Uzaq Şərq regionları arasında ən çox ölüm Buryatiyada olub - 688 nəfər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə