Müharibə hər gün Rusiyanın təxminən 373 milyon dollarını "yeyir"

Müharibə hər gün Rusiyanın təxminən 373 milyon dollarını "yeyir"

Rusiya Ukraynadakı müharibəyə gündə 30 milyard rubl xərcləyir.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu Almaniya Beynəlxalq Təhlükəsizlik Problemləri İnstitutunun elmi işçisi Yanis Klyuqe bildirib.

Ukrayna ilə müharibəyə atılan ordunun maliyyələşdirilməsinə Rusiya büdcəsinin xərcləri mayın əvvəlində 3 trilyon dolları ötüb. Maliyyə Nazirliyinin məlumatına görə, büdcədən təkcə “Milli müdafiə” bölməsi üzrə açıq maddələrə 789,8 milyard rubl xərclənib. Bu məbləğə gizli xərcləri də, yəni 3 trilyon rublu da əlavə etməliyik. Qeyd edək ki, onun 80 faizi (2,4 trilyon rubl) orduya gedir.

“...Beləliklə, hərbi əməliyyatların hər ayı orta hesabla büdcəyə təxminən 720 milyard rubl ziyan vurur. Qeyd edək ki, bunlar Yamalo-Nenets və ya Xantı-Mani Muxtar Dairəsi kimi zəngin bölgələrin iki illik büdcəsidir. Beləliklə, Rusiyada hərbi maşını hər gün təqribən 30 milyard rublu “yeyir” - bu, ən kasıb bölgələrin bir il ərzində xəzinə üçün yığdığı məbləğlə müqayisə oluna bilər”.

Qeyd edək ki, bu “The Moscow Times” nəşrinin etirafıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə