Liviyanın Nümayəndələr palatası (daimi parlament) özünün seçdiyi Baş nazir Fəthi Başaqanın vəzifədən kənarlaşdırılması barədə qərar qəbul edib və hökumət başçısının səlahiyyətlərini icra etməyi maliyyə nazirinə tapşırıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, parlament, həmçinin hökumət başçısına qarşı təhqiqatın aparılmasını dəstəkləyib.
Nümayəndələr palatası bu gün hökumət başçısının uğursuzluğunu, vəzifədən sui-istifadə etməsini və vədlərin yerinə yetirilməməsini müzakirə etmək və qanun pozuntularının təhqiqi üzrə komitəni formalaşdırmaq üçün bir araya gəlib.
Bir müddət öncə Fəthi Başaqa nümayəndələr palatasına məktub göndərərək öz səlahiyyətlərini müavini Əli əl-Katraniyə ötürdüyünü bildirmişdi.
Hazırda Liviyada iki hökumət mövcuddur. Ölkənin şərqində parlamentin dəstəklədiyi və Fəthi Başaqanın rəhbərlik etdiyi nazirlər kabineti və Tripolidə Əbdül Həmid Dbeybənin rəhbərliyi altında Milli Barışıq Hökuməti fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB