Almaniyanın keçmiş kansleri Gerhard Şröderin həyat yoldaşı Seo Yonq Şröder-Kim mayın 9-da əri ilə Rusiya səfirliyində keçirilən qəbulda iştirak etdikdən sonra “NRW.Global Business”dəki işindən qovulub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Almaniyanın “Deutsche Welle” nəşri yazıb.
Şimali Reyn-Vestfaliya əyalətinin iqtisadiyyat nazirinin sözçüsü Mona Neubaur “Kölner Stadt-Anzeiger” qəzetinə Şröder-Kimin dərhal vəzifəsindən azad edildiyini və onun NRW ilə əmək münasibətlərinin əvvəlcədən xəbərdarlıq edilmədən dayandırılacağını bildirib.
Qeyd edək ki, Şröder-Kim Cənubi Koreyada şirkətin nümayəndəsi vəzifəsində çalışıb. Onun işdən çıxarılma qərarı mayın 16-da verilib.
Şirkət bildirib ki, o, dəfələrlə Şröder-Kimə diqqət çəkib ki, nümayəndələr siyasi cəhətdən həssas mövzularda, xüsusən də Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi ilə bağlı danışmamalıdırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB