Ukrayna NATO Kiber Mərkəzinə qoşuldu

Ukrayna NATO Kiber Mərkəzinə qoşuldu

Ukrayna NATO-nun Kiber Müdafiə Əməkdaşlıq Mərkəzinə qoşulub. Bu barədə RBC ölkənin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

SİA-nın əldə etdiyi məlumata görə, təşkilatın Tallinndəki qərargahı qarşısında Ukrayna bayrağı qaldırılıb.

Xarici İşlər Nazirliyi mərkəzin sponsoru olan ölkələrə Ukraynaya onlara qoşulmağı təklif etdiklərinə görə, həmçinin Estoniya hökumətinə NATO-nun Kiber Müdafiə Əməkdaşlıq Mərkəzinə yolunda dəstək və köməyə görə təşəkkür edib.

Xatırladaq ki, Kiyev mərkəzə qoşulmaq üçün hələ 2021-ci ilin yayında müraciət etmişdi. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov 2022-ci il fevralın əvvəlində Avropa ölkələrindən birinin ərizəni blokladığını açıqlamışdı.

Yeri gəlmişkən, “European Pravda”nın mənbəsi bunun Macarıstan olduğunu qeyd edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə