Rusiyalı alim defoltun ABŞ üçün nəticələrini qiymətləndirib

Rusiyalı alim defoltun ABŞ üçün nəticələrini qiymətləndirib

...Defolt halında ABŞ dövlət borcunu artırmaq imkanını itirəcək, lakin Amerika iqtisadiyyatına fəlakət baş verməyəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu iqtisad elmləri doktoru, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Mixail Delyaqin bildirib.

“Bəllidir ki, defolt, borclar üzrə öhdəliklərini yerinə yetirməməsidir. ABŞ borc tavanını qaldırmasa, yeni borc götürə bilməyəcək. Hər halda, bu, Amerika mexanizminin hansısa qeyri-mütəşəkkilliyidir, lakin bu, fəlakət deyil, bu, Rusiyanın 98-ci ili deyil”-deyə rusiyalı ekspert qeyd edib.

Delyaqin əlavə edib ki, amerikalılar milli borc tavanının artırılması ilə bağlı razılığa gələ bilmədikdə standart prosedur iki ildə bir dəfədən çox baş verir.

Təbii ki, bu zaman bəzi qorunan maddələr istisna olmaqla, bütün federal büdcə xərclərini dayandırırlar. Ukraynaya dəstəyin eyni vaxtda saxlanılıb-saxlanmayacağı onun hansı maddələr əsasında verilməsindən asılıdır. Büdcənin müdafiə xəttindədirsə, o zaman bu davam edəcək.

Bunu deyən rusiyalı iqtisadçı eyni şeyin ABŞ-ın milli borcunun xidmətinə və ödənilməsinə də aid olduğunu bildirir. Yəni onlar qorunan büdcə maddələrinə daxil ediləcəklər.

Lakin ola bilsin ki, belə ödənişlərin davam etdirilməsi üçün xəzinədarlıq və ya Konqresin xüsusi qərarı tələb olunur.

Bunu da Delyaqin bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə