Bu arada Gürcüstanın “Georgian Airways” şirkəti Rusiya ilə uçuşları bərpa etməyə icazə alıb. SİA-nın gürcü saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri çərşənbə axşamı Gürcüstan Mülki Aviasiya Agentliyi yayıb.
Beləliklə, departamentin məlumatına görə, şirkət mayın 20-dən uçuşları bərpa edəcək. Moskvaya uçuşlar həftədə yeddi dəfə həyata keçiriləcək.
Xatırladaq ki, Gürcüstan hakimiyyətindən uçuş icazəsi alan ilk rus şirkəti “Azimut” olub. Onun Moskvadan Tbilisiyə ilk uçuşu mayın 19-na planlaşdırılıb.
Rusların “Kommersant” nəşrinin yazdığına görə, bunu artıq Gürcüstannın İqtisadiyyat Nazirliyi də təsdiqləyib.
Yeri gəlmişkən, mayın 10-da Rusiya prezidenti Vladimir Putin Rusiya aviaşirkətləri üçün Gürcüstana uçuşlara qoyulan qadağanı ləğv edib. Bundan 5 gün sonra, mayın 15-dən Gürcüstan vətəndaşları üçün də viza rejimi ləğv edilib. Nəqliyyat Nazirliyi bildirib ki, Rusiya aviaşirkətləri yerli istehsal olan təyyarələrlə həftədə Moskvadan Tbilisiyə və əks istiqamətdə yeddi reys həyata keçirəcəklər.
Gərək ki, yadınızda olar, Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya hakimiyyətinin bu qərarını Ukraynada müharibənin davam etməsi fonunda təxribat və qəbuledilməz adlandırmışdı.
Amma maraqlıdır ki, Gürcüstan hökuməti və hakim “Gürcü arzusu” partiyası Rusiyaya uçuşların bərpasına çağırış edib və hətta bunu təqdir də etmişdilər. Belə ki, onlar bunu “bir milyon gürcü”nün birbaşa uçuşların olmamasından əziyyət çəkməsi ilə əlaqələndirmişdilər.
Bununla yanaşı, hakim partiya Gürcüstanın iqtisadiyyatına potensial ziyan vurduğu üçün Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəyini vurğulayıb.
Qeyd edək ki, Gürcüstan müxalifəti, Avropa İttifaqı və ABŞ Gürcüstanla Rusiya arasında birbaşa uçuşların bərpasına qarşı çıxıblar. Avropa İttifaqı Avropa İttifaqına üzv olmağa ümid edən Gürcüstanı Ukraynanın işğalına cavab olaraq Moskvaya qarşı tətbiq etdiyi aviasiya sanksiyalarını dəstəkləməyə, yəni öz təyyarələrinin Rusiyaya, Rusiya təyyarələrinin isə Gürcüstana uçmasına icazə verməməyə çağırıb.
...Və “European Pravda” çərşənbə axşamı Brüsseldə Gürcüstanın xarici və təhlükəsizlik siyasətinin Avropa İttifaqı siyasəti ilə getdikcə daha çox ziddiyyət təşkil etməsindən təəssüfləndiyini yazır. Bunu Brüsseldə keçirdiyi brifinqdə Avropa İttifaqı Xarici İşlər Xidmətinin nümayəndəsi Piter Stano deyib. O, Gürcüstanın Rusiya ilə uçuşları bərpa etmək qərarından narahat olduğunu bildirib. Stano qeyd edib ki, Gürcüstan və Avropa İttifaqı arasında Assosiasiya sazişi xarici siyasətdə qərarların əlaqələndirilməsini nəzərdə tutur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB