“Türkiyə vətəndaşı öz gələcəyi üçün vətəndaşlıq vəzifəsini yerinə yetirir” - DEPUTAT DANIŞDI
“İlk növbədə qeyd etmək istərdim ki, qardaş Türkiyə Cümhuriyyətinin 100-cü ilində keçirilən bu seçkilər cümhuriyyət tarixinin ən maraqlı və gərgin seçkilərindən biridir. Ölkə daxilində seçicilərin iştirakı 88,92 faiz, xaricdə isə 52,69 faiz təşkil etmişdir. Bu əlbəttə ki, yüksək seçici fəallığından xəbər verir. Biz müşahidəçi kimi də bunu canlı müşahidə etdik. İnsanlar çox həvəslə səsvermədə iştirak edirdilər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hicran Hüseynova bildirib.

Onun sözlərinə görə, baxmayaraq ki, bəzi insanlara (sağlamlıq vəziyyətləri nəzərə alınmaqla) evlərində səsvermə üçün imkanlar yaradılsa da, onlar təkidlə, seçki məntəqəsinə gələrək, məhz burada səs verirdilər: “Bu da onu göstərir ki, Türkiyə vətəndaşı öz gələcəyi üçün, dövlətinin gələcəyi üçün vətəndaşlıq vəzifəsini yerinə yetirir.
Bu seçkilər eyni zamanda, demokratiyanın bariz nümunəsidir. Vətəndaş hakimiyyətə münasibətini seçki ilə bildirir. Türkiyə vətəndaşları ölkəsinin gələcəyi ilə bağlı məsələlərə həssas yanaşdığını bir daha sübut etdi. Bütün dünyaya göstərdi ki, demokratik, şəffaf seçki necə keçirilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB