Almaniya 65,4 faiz səslə Ərdoğan dedi

Almaniya 65,4 faiz səslə Ərdoğan dedi

Xaricdə türk seçicilərinin ən çox yaşadığı Almaniyada seçki qutularından Rəcəb Tayyib Ərdoğanın adı çıxıb. SİA xarici mətbuata istinadən bildirir ki, seçicilərin 65 faizindən çoxu Ərdoğana səs verdiyi halda, Kılıçdaroğluna səs verənlərin nisbəti 32,61 faiz olub. Parlament seçkilərində Almaniyada vətəndaşların əksəriyyəti AK Partiya və Xalq Alyansına üstünlük verib.

Almaniyada 17 seçki mərkəzinin hamısında ən çox səs toplayan namizəd Ərdoğan olub. Ərdoğan Berlində səslərin 49,2 faizini, Kılıçdaroğlu isə 48,8 faizini toplayıb.

Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə