Kişi xərçəng xəstəliyindən əziyyət çəkən həyat yoldaşını öldürüb. SİA xarici mediaya əsasən xəbər verir ki, britaniyalı David Hunter Kiprdə xərçəng xəstəliyinə tutulmuş həyat yoldaşını öldürdüyü üçün mühakimə olunub. David məhkəmədəki çıxışında həyat yoldaşının xərçəng xəstəliyindən şiddətli ağrılar keçirdiyini və Davidə "məni öldür deyə" yalvardığını bildirib. Nəticədə o, həyat yoldaşını əlləri ilə boğaraq öldürüb.
David məhkəmədə həyat yoldaşının xəstəliyi səbəbi ilə yaşadığı ağrıları izah edərkən göz yaşlarını saxlaya bilməyib.
Təqaüddə olan mədənçi David həyat yoldaşının ona 6 aydır ki, onu öldürməsi üçün yalvardığını və həyat yoldaşını öldürməkdən başqa çarəsinin qalmadığını bildirib. Davidin məhkəməsi davam edir.
Fazil Hənifəyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB