ABŞ-ın Rusiyadakı səfirliyinin keçmiş əməkdaşı “sui-qəsd” ittihamı ilə həbs olunub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Robert Şonovun Vladivostokda saxlanıldığını açıqlayıb.
Xarici dövlət və ya təşkilatla əlbir olmaqda təqsirləndirilən Şonovun 8 ilə qədər həbs oluna biləcəyi bildirilib.
ABŞ-ın Rusiyadakı səfirliyi hazırda mövzu ilə bağlı paylaşılacaq heç bir məlumatın olmadığını açıqlayıb.
Şonov Moskvanın keçmiş KQB həbsxanası olan Lefortovo həbsxanasında saxlanılır.
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB