"Türk milləti bütün dünyaya demokratiya dərsi verib" - MHP sədri

"Türk milləti bütün dünyaya demokratiya dərsi verib" - MHP sədri

Milliyətçi Hərəkat Partiyası (MHP) mayın 14-də keçirilən seçkilərdə çox ciddi uğur qazanıb. SİA xəbər verir ki, bunu partiyanın sədri Dövlət Baxçalı deyib.

O qeyd edib ki, Türk milləti bütün dünyaya demokratiya dərsi verib. "28 mayda keçiriləcək prezident seçkilərində Türk milləti sabitliyə, müstəqilliyə və gələcəyə dəstək verəcək", - Baxçalı bildirib.

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. İkinci tur mayın 28-də olacaq və Ərdoğan ilə Kılıçdaroğlu yarışacaq.

Onu da bildirək ki, parlament seçkilərində MHP 10,07 faiz səs qazanıb və TBMM-də 50 deputatla təmsil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə