ABŞ-da atışma: ölü və yaralılar var

ABŞ-da atışma: ölü və yaralılar var

Amerika Birləşmiş Ştatlarının Nyu-Meksiko ştatının Farminqton şəhərində atışma baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə yerli polis tvitter hesabında bildirib.

Hadisə nəticəsində üç nəfər həlak olub.

Polisin məlumatına görə, hüquq-mühafizə orqanlarının iki əməkdaşı da atışmada yaralanıb.

Şübhəli şəxs hadisə yerində güllələnib. Baş verənlərin təfərrüatları açıqlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə