“Qalıq yanacaqlar dövrü keçdi”

Von der Leyen Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentində (AP) keçirilən “İnkişafdan kənar” konfransının açılışında çıxış edərək dedi...
“Qalıq yanacaqlar dövrü keçdi”

Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen qalıq yanacaqlara əsaslanan inkişaf modeli tendensiyasının keçdiyini söyləyib.

SİA-nın əldə etdiyi məlumata görə, Von der Leyen Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentində keçirilən “İnkişafdan kənar” konfransının açılışında çıxış edərək deyib: "Qaz yanacaqlarına fokuslanan bir böyümə modeli artıq etibarlı deyil. İqtisadiyyatlar sürətlə karbonsızlaşdırılmalıdır. Avropa Yaşıl Sazişi bu səbəbdən hazırlandı. Təmiz enerjiyə əsaslanan dairəvi iqtisadiyyatın qurulması müasir dövrün ən mühüm iqtisadi problemlərindən biridir.

Avropa Yaşıl Sazişi yalnız “iqlim dəyişikliyi ilə mübarizə” və “iqlim dostu qitəyə qayıtmaq planı” deyil. Bu həm də rifah, məsuliyyət və davamlı iqtisadi böyümə modelidir.

Davamlı iqtisadiyyat təmiz texnologiyalar üçün tədqiqat və inkişafı sürətləndirəcək vasitələr yaradacaq və sosial məqsədlərə töhfə verəcək.

Bu gün biz qalıq yanacaq inkişaf modelini geridə qoyuruq".

Bütün xəbərlər Facebook səhifəmizdə