Bu arada Çeçenistan rəhbəri Ramzan Kadırov, onun Zazu adlı ayğırının bu ilin martında Çexiyada tövlədən oğurlanmasının məhz onun sifarişi ilə Ukrayna xüsusi xidmət orqanlarının köməyi ilə həyata keçirildiyini bildirib. Amma maraqlıdı ki, o, sözlərinin təsdiqini təqdim etməyib.
Beləliklə, dediklərinin təsdiqini təqdim etməyən Ramzanın nağılına Siz də qulaq asın:
“...Bu ilin əvvəlində Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələri vasitəçilər vasitəsilə mənə müraciət edib, Zazaya görə pul tələb etdilər. Onlar mənim ata bağlılığımı bilirdilər deyə, uğursuzluğa düçar olmadılar - təbii ki, mən razılaşdım... Buna baxmayaraq, məxfi xidmətlərin cəsarətli planı var imiş – onlar sadəcə olaraq Çexiya polisi ilə əlbir olaraq Zazunu bu ölkədə saxlandığı tövlədən oğurladılar”.
Qeyd edək ki, Çeçenistan rəhbəri bunu Teleqram kanalında yazıb.
Ramzanın sözlərinə görə, oğurlanmış atının qaytarılması üçün o,18 min dollar ödəyib və hazırda Zazu yol üstədir, yəni “evə qayıdır”.
Yeri gəlmişkən, Ramzanın ödədiyi 18 min dollar Çeiya valyutası ilə guya 400 min çex kronu edir.
Amma yadınızda olar, o vaxt, yəni mart ayında Zazu "oğurlananda" Ramzan onun qimətinin 10 milyon dollar dəyərində olduğunu bildirmişdi(?).
Qeyd edək ki, Çexiyadakı “Jezdci.cz” saytının məlumatına görə, 2022-ci ilin yanvarında, Rusiyanın Ukraynaya geniş miqyaslı işğalı başlamazdan bir müddət əvvəl, iki rusdilli şəxs Çexiyadakı tövlədən Zazanı Polşaya aparmaq cəhdləri tövlə sahibi tərəfindən imtina ilə qarşılanıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB