Bu arada Braziliyanın xarici işlər naziri Mauro Vieyra CNN telekanalına verdiyi müsahibəsində ölkənin artıq Kiyev və Moskva ilə təmasda olan ölkələrə qoşularaq Ukraynadakı münaqişənin həllinə dəstək verməyə hazır olmasından danışıb.
"Biz hər iki tərəflə təmasda olan digər ölkələrə qoşulmağa və atəşkəsə, sülh danışıqlarına gətirib çıxaracaq bir növ müzakirələri irəli sürməyə hazırıq".
SİA-nın əldə etdiyi məlumata görə, xarici işlər naziri hər iki tərəfin bir araya gəlməsinin vacibliyini vurğulayıb.
Vieyra bildirib ki, Braziliya Rusiya və Ukraynanı hərbi əməliyyatları dayandırmağa və bir-biri ilə danışıqlar aparmaq imkan tapmalı olduqlarına inandırmağa çalışır.
Qeyd edək ki, bundan əvvəl Braziliya tərəfinin G7 sammiti iştirakçılarının yekun bəyannaməsinin qəbulu ilə bağlı anti-Rusiya xarakteri daşıyan vəziyyətdən qaçmaq istəyi məlum olmuşdu.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB