Bu arada Rusiya Müdafiə Nazirliyi Ukraynada döyüş əməliyyatlarında iştirak etmək üçün Tümenin üç koloniyasından məhbusları cəlb etməyə başlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, “72.Ru” saytı bu barədə Federal Penitensiar Xidmətin məhbus və müəssisə əməkdaşları arasında olan mənbələrə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, söhbət Tümenin İK-1 və İK-4, eləcə də Tümen vilayətinin İşim şəhərindəki 6 saylı koloniyadan olan xeyli sayda məhbusdan gedir.
Deyilənlərə görə, mayın 14-də məhbuslar İK-1 ərazisinə toplanılıb, sonra onları hava limanına aparıblar.
O da bildirilir ki, Müdafiə Nazirliyinin əməkdaşları əvvəldən rayonun koloniyalarında döyüş əməliyyatlarında iştirak etmək istəyənlərin siyahılarını tərtib ediblər. Məhkumlardan birinin dediyinə görə, bazar günü bu sahəyə məsulları döyüşə getmək istəyən “könüllülər”in hamısını götürə bilməyiblər.
Onun dediyinə görə, məhbuslar arasında da seçim edirlər. Belə ki, sosial vəziyyəti aşağı olanlar hələ ki, gözləməli olacaqlar(?).
Maraqlıdır ki, bununla bağlı ünvanlanan suallara nə Rusiyanın Hərbi Komissarlığı, nə də Federal Penitensiar Xidməti jurnalistlərə cavab verməyiblər.
Bu arada “Gulagu.net” insan haqları layihəsi mənbəyə istinadən xəbər verir ki, mayın 15-də ayın əvvəlində “polkovniklərin işə götürdüyü” Tümen İK-2-dən 78 nəfər çıxarılıb. Layihəyə görə, ilkin olaraq siyahıda 91 nəfər olsa da, son anda 13 məhbus bundan imtina edib.
Yeri gəlmişkən, Yevgeni Priqojinin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla aralarında yaşanan ixtilafdan sonra, deyəsən, “Vaqner” səlahiyyətlisi bu işdən kənarlaşdırılıb.
Belə ki, artıq Rusiya Federasiyasının Müdafiə Nazirliyinin əməkdaşları məhkumların özləri döyüşlərə göndərməyə (işə götürməyə-A.B.) başlayıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB