Bu arada Aleksandr Lukaşenko mayın 13-də Rusiya Federasiyasının Bryansk vilayətində dörd hərbi uçağın vurulması ilə bağlı məlumatı təsdiqləyib. (qeyd edim ki, burada iki təyyarə və iki helikoper olduğuna görə, mən də uçaq yazıram-A.B.)
“Yaxınlığımızda baş verən hadisələrdən üç gün sonra - mən Bryansk vilayətində dörd uçağın vurulmasını nəzərdə tuturam. Biz reaksiya verməyə məcburuq. O vaxtdan biz qoşunlarımız yüksək döyüş hazırlığı vəziyyətinə gətirmişik”.
SİA-nın əldə etdiyi məlumata görə, Belarus rəhbərinin dediklərini “Belta” dövlət agentliyi yayımlayıb.
Qeyd edək ki, Rusiya hakimiyyəti hər vəchlə olanları gizlətməyə çalışır. Məsələn, Kreml hələ də rəsmi olaraq yalnız bir vertolyotun qəzaya uğradığını iddia edir. Bəli, vurulduğunu yox, məhz qəzaya uğradığını.
Eyni zamanda, Rusiya federal telekanalları uçaqların qəzaya uğramasına tamamilə məhəl qoymayıb və Rusiya Federasiyasının Müdafiə Nazirliyi hələlik insidentlə bağlı şərh verməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB