ABŞ səfirliyinin keçmiş əməkdaşı Rusiyada həbs edilib

ABŞ səfirliyinin keçmiş əməkdaşı Rusiyada həbs edilib

Rusiya Federal Təhlükəsizlik Xidmətinin müstəntiqləri ABŞ-ın Rusiyadakı səfirliyinin keçmiş əməkdaşı Robert Şonova konfidensial əməkdaşlıqda ittiham irəli sürüb.

SİA rus qaynaqlara istinadən xəbər verir ki, TASS-ın hüquq-mühafizə orqanlarından verdiyi məlumata görə, təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. ...Əməliyyat-axtarış tədbirləri zamanı hüquq-mühafizə orqanları Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının dəstəyi ilə Vladivostokda Robert Şonovu saxlayıb. Dindirildikdən sonra o, Cinayət Məcəlləsinin maddəsi ilə cinayət törətməkdə ittiham olunub. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Şonovu 8 ilə qədər həbs gözləyir. Təqsirləndirilən şəxs hazırda Lefortovo istintaq təcridxanasındadır.

Xatırladaq ki, ötən ilin yayında Cinayət Məcəlləsində 275-ci (dövlətə xəyanət) maddəsinə əlavə olaraq ölkənin təhlükəsizliyinə qarşı əcnəbilərlə gizli əməkdaşlıq haqqında 275.1-ci maddə daxil olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə