Gürcüstanın aviasiya hakimiyyəti Rusiyanın “Azimut” şirkətinə mayın 17-dən ölkəyə uçuşlar həyata keçirməyə icazə verib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyinin rəhbəri Givi Davitaşvili IMEDI-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar üçün beş aviaşirkət, o cümlədən Gürcüstanın Gürcüstan Hava Yolları ilə bağlı müraciətlər təqdim edib. Bununla belə, Davitaşvili sanksiya tətbiq edilən aviaşirkətlərin heç birinin Gürcüstana uça bilməyəcəyini deyib.
Yeri gəlmişkən xatırladaq ki, “Azimut” 2019-cu ildən Gürcüstana uçmağa icazə verilən ilk Rusiya aviaşirkətidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB