Rusiya Federasiyasının Pakistandakı keçmiş səfir müavininin oğlu Solneçnoqorskda 22 yaşlı qızın qətlində şübhəli bilinir.
SİA-nın əldə etdiyi məlumata görə, REGNUM saytı hadisənin mayın 12-də baş verdiyini bildirib.
Beləliklə, Moskva yaxınlığındakı qəsəbənin girişlərindən birində gənc xanımın qanlı meyiti tapılıb. Onu yerli sakin aşkar edib və polisə müraciət edib.
Deyilənlərə görə, qız təcili yardım gələnə qədər sağ qalıb, lakin həkimlər onu xilas edə bilməyiblər - aldığı bıçaq yaralarına görə o, çoxlu qan itirib və həyatını itirib.
Saytın yazdığına görə, şübhəlini müəyyənləşdirmək elə də çox vaxt aparmayıb. Belə ki, onun Rusiyanın Pakistandakı keçmiş səfirinin müavini Vladimir Berezyukun 32 yaşlı oğlu Aleksandr olduğu üzə çıxıb.
Paytaxtın metro stansiyalarından birində saxlanılan Aleksandr qətli törətdiyini etiraf edib və həbs edilib. Ona qarşı ittiham irəli sürülüb.
Qeyd edilir ki, öldürülən qız Daxili İşlər Nazirliyinin Akademiyasında oxuyub.
Yeri gəlmişkən, tanışları siyasətçi oğlunun kifayət qədər aqressiv olduğunu bildiriblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB