Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin tərkibi açıqlanıb

Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin tərkibi açıqlanıb

Avropa İttifaqının yeni anti-Rusiya sanksiyaları paketinə ikili təyinatlı malların Rusiya ərazisindən tranzitinə məhdudiyyətlər daxil olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Belçikada keçirdiyi mətbuat konfransında çıxışı zamanı bildirib.

Avropa Komissiyasının rəhbərinin dediyinə görə, məhdudiyyətlər ikili təyinatlı malların üçüncü ölkələrə ixracına da təsir edəcək. Onun sözlərinə görə, son aylarda Avropa İttifaqının bəzi ölkələrlə ticarətində kəskin artım müşahidə olunub, lakin Avropa İttifaqından Rusiya ərazisindən tranzitlə malların tədarükü ilə onların üçüncü ölkələrə gəlməsi arasında müəyyən uyğunsuzluqlar var. Ona görə də, o qeyd edib ki, bu gün Avropa Rusiya Federasiyası ərazisindən tranziti məhdudlaşdıran əlavə tədbirlərin tətbiqini zəruri hesab edir.

Ursula fon der Leyen əlavə edib ki, üçüncü ölkələrin Rusiya tərəfinə sanksiya tətbiq etdiyi malları satdığına dair aydın dəlil olarsa, Avropa İttifaqından satın alındıqdan sonra Avropa Komissiyası əlavə tədbirlər görəcək. O vurğulayıb ki, məhdudiyyətlərdən yan keçməklə üçüncü ölkələr bu cür malların tədarükündən məhrum olacaqlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə