Ukraynalı qaçqınlara yardım mərkəzi yandırılıb

Ukraynalı qaçqınlara yardım mərkəzi yandırılıb

İrlandiyanın şimalında Bancrane şəhərində naməlum şəxslər ukraynalı qaçqınlara kömək edən irlandiyalı sahibkar və iş adamı Piter Keysinin təsis etdiyi mərkəzi yandırıblar. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Donegal Daily” polisə və bina sahibinin şərhinə istinadən yazır.

Piter Keysinin sözlərinə görə, Ukraynadan olan qaçqınlara yardım mərkəzi gecə saatlarında yandırılıb. O, yanğın törədənləri xəstə adamlar adlandırıb və zədələnmiş binaları təmir etdirəcəyini bildirib.

...Beləliklə, Bunkranda ukraynalı qaçqınlar üçün qeyri-kommersiya mərkəzim yanğın nəticəsində ciddi ziyan gördü. Bunu edən xəstə insanlardır. Həmişəkindən daha çox ukraynalılara kömək etmək üçün daha çox mərkəz açmağa qərarlıyam

Keysi bunu “Twitter”də yazıb.

Hazırda polis hadisənin başvermə şəraitini araşdırır. Yanğın zamanı binada heç kimin olmadığı bildirilir.

Yeri gəlmişkən qeyd edək ki, İrlandiyada qaçqınlar üçün nəzərdə tutulan binaların yandırılması ilə bağlı ilk hadisə deyil.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə