"Zelenskinin səfərləri böyük əhəmiyyət daşıyır" - ŞƏRH EDİLDİ

"Zelenskinin səfərləri böyük əhəmiyyət daşıyır" - ŞƏRH EDİLDİ

"Zelenskinin Avropa ölkələrinə səfərləri çox böyük əhəmiyyət daşıyır. İlk olaraq İtaliyaya baş tutan səfər zamanı keçirilən görüşlərdə Ukraynanın müharibəni qələbə ilə başa çatdırması üçün əlavə sursatların alınması razılığına gəlindi. Eyni zamanda Zelenski İtaliyada Roma Papası ilə də görüşdü". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, Zelenski İtaliyadakı görüşlərini həyata keçirdikdən sonra Almaniyaya yollandı: "Burada olan zaman ona Böyük Karl mükafatı verildi. Eyni zamanda Zelenski Almaniya prezidenti ilə görüşləri zamanı Rusiyaya qarşı davam edən müharibədə yardımlarını Ukraynadan əskik etməmələrini istədi. Bundan sonra isə Fransaya üz tutan Zelenski Makronla görüşərək, müzakirələr apardı. Zelenski bir çox istəkləri ilə bərabər Fransanı qırıcı təyyarələrin verilməsinə də razı saldı. Burada əsas məsələ Ukraynanın Rusiyaya qarşı əks-hücuma başlamazdan öncə Avropa ölkələrini daha çox hərbi sursat verilməsinə razı salmaq idi və Zelenski buna nail oldu. Artıq demək olar ki, Ukrayna əks-hücuma başlayıb".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə