Qaqauziyada seçki nəticələri açıqlandı

Qaqauziyada seçki nəticələri açıqlandı

Moldovanın Qaqauziya muxtariyyətində keçirilən başqan seçkilərinin nəticələri açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Şor partiyasının namizədi Yevgeni Qutsul qalib gəlib.

32 yaşlı Qutsul 52%, onun rəqibi, Moldova Sosialist Partiyasının namizədi Qriqori Uzun 48% səs qazanıb.

O, Kişinyov qarşısında Qaqauziyanın xüsusi statusunu müdafiə edəcəyini, Rusiya Federasiyası ilə ticarət-iqtisadi əlaqələrin bərpasını tələb edəcəyini və MDB ilə müqavilələrin denonsasiyasını dayandıracağını vəd edib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə