ABŞ-ın Texas ştatında tornado baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, tornado nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb. Küləyin sürətinin saatda 110 kilometrə çatdığı tornado bir çox ev və iş yerlərinə zərər vurub. Laquna yüksəklikləri ərazisində fövqəladə vəziyyət elan edilib.
Port İzabel Polis İdarəsi tərəfindən yayımlanan açıqlamada, tornadonun vurduğu Laquna Heights bölgəsində fəlakətdən xilasetmə mərkəzinin qurulduğu, axtarışların aparıldığı bölgədəki əsas yollarda avtomobillərin park edilməsinin qadağan edildiyi açıqlanıb, xilasetmə işləri davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB