Dəhşətli qəzada 13 nəfər həlak oldu

Dəhşətli qəzada 13 nəfər həlak oldu

Meksikanın şimalındakı Tamaulipas ştatında ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilir ki, traktor qoşqusunun magistral yolda mikroavtobusla toqquşması nəticəsində 13 nəfər həlak olub.

Hadisə yerinə polis və xilasedicilər cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə